VIII fəsil. Fiziki şəxslərin gəlir vergisi
Maddə 101. Gəlir vergisinin dərəcəsi
101.1. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:
1-ci cədvəl
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək
14 faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi