XVIII fəsil. Torpaq sahələrinin dövriyyəsi
Maddə 89. Torpaq sahəsinin və onun üzərində hüquqların girov qoyulmasının (ipotekasının) xüsusiyyətləri
1. İpoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər.
2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə…