XI fəsil. Dövlətin və bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:
dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;
dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət…