VIII fəsil. Torpaqların mühafizəsi
Maddə 36. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların istifadəsi
1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və konservasiya edilməsi üçün müvafiq ehtiyat…