VI fəsil. Xüsusi qorunan ərazilərin torpaqları
Maddə 26. Təbii qoruq təyinatlı torpaqlar
1. Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət abidələrinin, təbii (milli) dendroloji, geoloji və zooloji parkların, nəbatat bağlarının torpaqları aiddir.
2. Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi və mədəni dəyərə malik olan təbiət obyektləri (tipik…