V fəsil. Sənaye, nəqliyyat, rabitə, və digər təyinatl torpaqlar
Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar
1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.