XIX fəsil. Torpağın qiymətləndirilməsi və torpaq haqqının müəyyən edilməsinin əsasları
Maddə 100. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələr
1. Müvafiq icra hakimiyyəti orqanları və səlahiyyətləri daxilində bələdiyyələr torpaqla bağlı əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq, tədiyələrin diferensiallaşdırılmış dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər.
2. Torpaqla bağlı əqdlərə tətbiq edilən tədiyələrdən (ödənclərdən) daxil…