VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 95. Yükvurma limanı və yeri
95.1. Daşıyıcı gəmini çarterdə göstərilmiş və ya çarterin şərtlərinə uyğun olaraq fraxtedənin göstərdiyi dəniz limanına verməlidir. Fraxtedən təhlükəsiz yükvurma limanını göstərməyə borcludur.
95.2. Fraxtedən yükvurma limanını göstərmədikdə, düzgün göstərmədikdə və ya təhlükəsiz olmayan yükvurma limanını göstərdikdə…