II fəsil. Gəmi
Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun yaranması
9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.
9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının…