VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 88. Dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə
88.1. Dənizlə yükün müntəzəm daşımaları həyata keçirildikdə, daşıyıcı və yük sahibi dənizlə yüklərin daşınmasının təşkili haqqında uzunmüddətli müqavilə bağlaya bilərlər. Dənizlə yüklərin daşınması haqqında uzunmüddətli müqavilə bağlandıqda, yükün konkret partiyalarının daşınması belə müqavilə əsasında bağlanmış…