VII fəsil. Dənizdə batmış əmlak
Maddə 82. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq dairəsi
82.1. Bu fəsildə müəyyən edilmiş qaydalar Azərbaycan Respublikasının yurisdiksiyası şamil edilən sularda batmış əmlakın qaldırılmasına, uzaqlaşdırılmasına və məhv edilməsinə tətbiq edilir.
82.2. Qəzaya uğramış gəmilər, onların qırıqları, avadanlığı, yükləri və digər predmetlər su səthində və ya altında olmasından, su…