VI fəsil. Dəniz bələdçiləri
Maddə 79. Dəniz bələdçisinin və gəmi kapitanının məsuliyyəti
79.1. Dəniz bələdçisinin gəmidə olması gəminin idarə edilməsinə görə gəmi kapitanının məsuliyyətini aradan qaldırmır.
79.2. Dəniz bələdçisinin tövsiyələrinin düzgünlüyünə şübhə etmək üçün kifayət qədər əsas olduqda, gəminin təhlükəsiz üzməsi məqsədilə gəmi kapitanının belə dəniz bələdçisinin xidmətlərindən imtina…