VI fəsil. Dəniz bələdçiləri
Maddə 73. Gəmi kapitanı tərəfindən gəmi haqqında məlumatların elan edilməsi
73.1. Gəmi kapitanı dəniz bələdçi qəbzinə daxil edilən və gəmi kapitanı tərəfindən imzalanan gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatları verir. Dəniz bələdçisi gəminin dəniz bələdçisi ilə keçirilməsi üçün zəruri olan digər məlumatları gəmi kapitanından…