VI fəsil. Dəniz bələdçiləri
Maddə 70. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburi olmaması
70.1. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda gəmi kapitanı zəruri hallarda gəmiyə dəniz bələdçisi götürə bilər.
70.2. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məcburiliyi tələb olunmayan rayonlarda dəniz limanı kapitanı aşağıdakı hallarda gəmilərin məcburi olaraq dəniz…