IV fəsil. Gəmi heyəti. Avtonom gəmi
Maddə 60-1. Avtonom gəminin istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi
60-1.1. Avtonom gəmilərə, məsafədən idarəetmə mərkəzinə və operatora dair tələblər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu Məcəllənin gəmilərə…