III fəsil. Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması
Maddə 38. Gəminin Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından çıxarılması
38.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən, berbout-çarter reyestrindən və ya gəmi kitabından mütləq çıxarılmalıdır:
38.1.1. məhv olduqda və ya xəbərsiz itkin düşdükdə;
38.1.2. konstruksiya cəhətdən istismara yararsız hala düşdükdə;
38.1.3. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi…