III fəsil. Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması
Maddə 36. Gəminin qeydiyyata alınmasını təsdiq edən gəmi şəhadətnaməsinin itirilməsi
36.1. Gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnaməsi itdikdə, bu sənədin dublikatını gəmini qeydiyyata alan orqan verir.
36.2. Gəmi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman bu Məcəllənin 36.1-ci maddəsində göstərilən sənəd itdikdə, Azərbaycan…