XXVI fəsil. Tətbiq edilən hüquq
Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər
328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, gəmi agenti müqaviləsindən, dəniz sığorta müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin, dənizlə sərnişin daşınması müqaviləsindən yaranan…