XXV fəsil. Pretenziyalar, iddialar və iddia müddəti
Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə iddia müddəti
Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar, zərərçəkənin belə zərərin vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin, gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərin…