XXV fəsil. Pretenziyalar, iddialar və iddia müddəti
Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma müddəti
317.1. Daşıyıcı və ya ekspeditor dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay müddətində baxır və bu müddət ərzində pretenziya verənə pretenziyanın etiraf və ya rədd edilməsi barədə yazılı (kağız daşıyıcıda və ya elektron sənəd formasında) məlumat verir.