XXIV fəsil. Dəniz protestləri
Maddə 304. Dəniz protesti
304.1. Gəmi üzərkən və ya dayanarkən gəmi sahibinə əmlak tələblərinin irəli sürülməsi üçün əsas ola bilən hadisə baş verdikdə, gəmi kapitanı sübutların təmin edilməsi məqsədi ilə dəniz protesti haqqında bəyanat verməlidir.