XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi
293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin (ipoteka verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir.