XX fəsil. Gəmilərin və digər əmlakın xilas edilməsi
Maddə 274. Xilas edənin tələbinə təminatın təqdim edilməsi vəzifəsi
274.1. Xilas edənin xahişi ilə mükafatın və ya xüsusi kompensasiyanın ödənilməsinə məsul olan şəxs, faizlər və məhkəmə xərcləri də daxil olmaqla, xilas edənin tələbinə lazımi təminat təqdim edir.
274.2. Bu Məcəllənin 274.1-ci maddəsində müəyyən edilmiş qaydadan asılı olmayaraq, xilas edilmiş gəminin sahibi, yük…