XX fəsil. Gəmilərin və digər əmlakın xilas edilməsi
Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi
267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün xilasetmə əməliyyatlarına tətbiq edilir. Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək, habelə bu Məcəllənin 269-cu maddəsində nəzərdə…