XVIII fəsil. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərə görə məsuliyyəti
Maddə 250. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsaslandırılması
250.1. Gəmi mülkiyyətçisi, bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hadisə baş verdiyi andan çirkləndirmə nəticəsində gəmi tərəfindən vurulan hər hansı bir zərərə görə məsuliyyət daşıyır.
250.2. Bu fəslin məqsədləri üçün:
250.2.1. gəmi — faktiki olaraq nefti yük kimi daşıyan, habelə belə…