XVI fəsil. Ümumi qəza
Maddə 235. Ümumi qəza hesab edilməyən zərər (xüsusi qəza)
235.1. Bu Məcəllənin 223.1-ci maddəsində müəyyən edilmiş əlamətlərin təsiri altına düşməyən zərər, habelə bu Məcəllənin 235.2-ci maddəsində göstərilən zərər xüsusi qəza hesab edilir. Belə zərər gəmi, yük və fraxt arasında bölüşdürülmür və həmin zərəri zərərçəkən və ya onun vurulmasına görə məsuliyyət daşıyan şəxs…