XVI fəsil. Ümumi qəza
Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə əlaqədar çəkilən xərclər
226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin daxil olduğu və ya sığınacaq yerində yükün, yanacağın və ya təchizat…