II fəsil. Gəmi
Maddə 22. Gəmi sənədlərini verən orqanlar və həmin sənədlərin müddətləri
22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan tərəfindən verilir.
22.2. Ölçü şəhadətnaməsini, sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsini, yük nişanı haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin…