XV fəsil. Dəniz sığorta müqaviləsi
Maddə 217. Sığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi
217.1. Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur:
217.1.1. sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən görülən tədbirlərə — hətta belə tədbirlər…