XII fəsil. Yedəkləmə müqaviləsi
Maddə 177. Yedəkləmə müqaviləsi tərəflərinin vəzifələri
177.1. Yedəkləmə müqaviləsinin hər bir tərəfi öz gəmisini və ya digər üzən obyektini qabaqcadan yedəkləmə üçün yararlı vəziyyətə gətirməlidir.
177.2. Yedəkləmə şəraitin tələb etdiyi kimi ustalıqla, yalnız zəruri hallar istisna olmaqla, fasiləsiz və gecikdirilmədən…