XI fəsil. Heyətsiz gəminin fraxtedilmə müqaviləsi (berbout-çarter)
Maddə 172. Fraxtın gəmi sahibinə ödənilməsi
172.1. Fraxtedən fraxtı gəmi sahibinə berbout-çarterdə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. Dəniz üzgüçülüyünə yararsızlığı nəticəsində gəminin istismar edilmədiyi müddət ərzində, əgər gəminin yararsızlığı fraxtedənin təqsiri nəticəsində baş verməyibsə, fraxtedən fraxtı və gəmiyə aid xərcləri ödəməkdən azad…