XI fəsil. Heyətsiz gəminin fraxtedilmə müqaviləsi (berbout-çarter)
Maddə 169. Gəminin istismarı və onun qaytarılması üzrə fraxtedənin vəzifələri
169.1. Fraxtedən gəmini berbout-çarterin şərtlərinə müvafiq olaraq istismar edir və istismar ilə bağlı bütün xərcləri, o cümlədən gəmi heyəti üzvlərinin saxlanılması xərclərini ödəyir.