IX fəsil. Dənizlə sərnişin daşınması müqaviləsi
Maddə 149. Məsuliyyət həddinin tətbiq edilməsi
149.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi daşıyıcının və ya faktiki daşıyıcının işçisinə və ya agentinə qarşı irəli sürüldükdə, işçi və ya agent, əgər öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət etdiyini sübuta yetirə bilsə, daşıyıcıya və faktiki…