IX fəsil. Dənizlə sərnişin daşınması müqaviləsi
Maddə 141. Sərnişinin daşınma müddətləri
141.0. Sərnişinin daşınması aşağıdakı müddətləri əhatə edir:
141.0.1. sərnişinə və kayut baqajına münasibətdə — sərnişinin və onun kayut baqajının gəmidə olduğu müddəti, gəmiyə minmə və gəmini tərketmə müddətini, habelə sərnişinin su yolu ilə sahildən gəmiyə və gəmidən sahilə çatdırılması müddətini — əgər belə daşınma…