II fəsil. Gəmi
Maddə 14. Çağırış siqnalı və Beynəlxalq Dəniz Təşkilatı nömrəsi
14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi və gəmi radiostansiyasının fərdi çağırış nömrəsi verilir.