IX fəsil. Dənizlə sərnişin daşınması müqaviləsi
Maddə 139. Baqaj və kayut baqajı
139.0. Bu fəslin məqsədləri üçün:
139.0.1. baqaj — dənizlə yük daşınması müqaviləsinə əsasən daşınan avtomobillər və heyvanlar istisna olmaqla, daşıyıcı tərəfindən dənizlə sərnişin daşınma müqaviləsinə əsasən daşınması həyata keçirilən əşyalar və ya avtomobillərdir;