VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 124. Yük verilərkən edilən ödənişlər və yükü saxlamaq hüququ
124.1. Yük verildikdə o, daşıyıcının yükün hesabına çəkdiyi xərcləri, gəminin boşaltma limanında boşdayanmasına görə haqqı, habelə, əgər bu, konosamentdə və ya yükün daşınması həyata keçirilən digər sənəd əsasında nəzərdə tutulmuşdursa, fraxtı və gəminin yükvurma limanında boşdayanmasına görə haqqı ödəməyə, ümumi…