VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 120. Tərəflərin dənizlə yük daşınması müqaviləsinin icrasından imtina etməsi
120.1. Gəmi dəniz limanından çıxana kimi aşağıda göstərilən hallar yarandıqda, dənizlə yük daşınması müqaviləsinin hər bir tərəfinin digər tərəfə vurulan zərərin əvəzini ödəməyərək, onun icrasından imtina etməyə hüququ vardır:
120.1.1. gəminin və ya yükün ələ keçirilməsi təhlükəsini yaradan hərbi və ya digər…