II fəsil. Gəmi
Maddə 12. Gəminin müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirilməsi
12.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmi berbout-çarter üzrə xarici fraxtedənin istifadəsinə və sahibliyinə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında…