VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 101. Kontrstaliya vaxtı başa çatdıqda daşıyıcının gəmini səfərə göndərmək hüququ
101.1. Kontrstaliya vaxtı başa çatdıqda, daşıyıcıdan asılı olmayan səbəblərə görə şərtləşdirilmiş yük bütünlüklə gəmiyə vurulmadığı halda belə, daşıyıcının gəmini səfərə göndərmək hüququ var. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır.
101.2. Yükün daşınması üçün bütün gəmi verildikdə və staliya və ya…