XVI fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi
Maddə 98. Sudan istifadə haqqının müəyyən edilməsi
Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki su, suvarma suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin…