XV fəsil. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismarı
Maddə 94. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismara verilməsi şərtləri
Suların vəziyyətinə təsir edən yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən, habelə yeni texnoloji proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti…