XI fəsil. Su obyektlərindən balıqçılıq və ovçuluq üçün istifadə
Maddə 68. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün su obyektlərindən istifadə
Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.