VIII fəsil. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə
Maddə 58. Mal-qaranın sürülməsi, suvarılması və nəqliyyat vasitələrinin keçməsi üçün yerlər müəyyən edilməsi
Kanallardan və başqa hidrotexniki qurğulardan mal-qaranın sürülüb keçirilməsi, traktorların, kənd təsərrüfatı maşınlarının, avtomobillərin və digər nəqliyyat vasitələrinin bu məqsəd üçün ayrılmamış su obyektlərinin ərazisindən keçməsi qadağan edilir.
Çaylarda, kanallarda və digər yerüstü sututarlarda mal-qaranın su…