VIII fəsil. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə
Maddə 55. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə
Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı…