IV fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi
Maddə 27. Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası
Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda…