II fəsil. Su obyektləri üzərində mülkiyyət formaları
Maddə 12. Su obyektləri üzərində dövlət mülkiyyəti
Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
sərhəd su obyektləri;
dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;
xüsusi qorunan su obyektləri.
Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən…