XVI fəsil. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi
Maddə 100. Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
Dövlət əhəmiyyətli su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər müvafiq proqramlar əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Ayrıca istifadəyə və mülkiyyətə verilmiş su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər mülkiyyətçilər və su obyektlərinin istifadəçiləri tərəfindən…