Ümumi hissə
Maddə 90. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki (referendum) fondları
90.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki (referendum) fondları (bundan sonra – seçki fondu) yaradılır.