Xüsusi hissə
Maddə 234. Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq
234.1. Bələdiyyə seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.
234.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında…